- 12:22
Şəmkirdə arxda kişi meyiti aşkarlanıb.
E-huquq.az xəbər verir ki, meyit şəhər ərazisində fəaliyyət göstərən restoranların birinin yaxınlığından keçən arxda aşkar edilib.
Meyit tibbi ekspertizaya aparılıb. Şəxsiyyəti və ölüm səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.