Ağstafada yol qəzası oldu, ölən var


  • 29 Mart 16:49

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

E-huquq.az xəbər verir ki, Ağstafa rayon Xətai kəndi ərazisində "Mercedes" markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində sürücü, 2005-ci il təvəllüdlü Mamayev Elin Kamal oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər