Bakıda yaşayış binasında yanğın oldu, 1 nəfər tüstüdən zəhərləndi


  • 29 Mart 16:10

Bakıda yanğın olub.

Bu barədə e-huquq.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin mətbəxində 2 paq.m mebel, 1 ədəd məişət avadanlığı və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər