Kanalda batan 17 yaşlı qızın meyiti tapıldı


  • 29 Mart 15:51

Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, martın 19-da Yuxarı Qarabağ kanalında batdığı ehtimal edilən Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti 10 gün sonra Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər