Daxili İşlər Nazirliyi məlumat yaydı


  • 29 Mart 12:26

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 qumbara, 6 tüfəng, 9 patron darağı və 752 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Oxşar xəbərlər