- 19:49
Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
E-huquq.az xəbər verir ki, hadisə Sabirabad şəhərində baş verib.
Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.