- 14:05
Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.
E-huquq.az-ın məlumatına görə, hadisə Şəki şəhər ərazisində baş verib.
Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.