Zaqatalaya qonaq gedən 34 yaşlı kişi dəm qazından boğulub öldü


  • 24 Mart 10:33

Bakı sakini Zaqatalada dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədovun meyiti hamam otağında aşkarlanıb.

Müayinə zamanı Sənan Məmmədovun dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, S. Məmmədov bayram günlərini qeyd etmək üçün doğulduğu Zaqatala rayonuna qonaq gəlibmiş.

Oxşar xəbərlər