MSK üzvü vəfat etdi


  • 15 Mart 23:47

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.

Bu barədə e-huquq.az-a onun yaxınları məlumat verib.

S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhum sabah Bakıda dəfn olunacaq. Yas mərasimi martın 18-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Hümbətov Surəddin Məmmədhüseyn oğlu 2 fevral 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. O, Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Türklərin tarixi və Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlılarla bağlı fundamental araşdırmaların müəllifidir. S.Hümbətov uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 13 iyul 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

2021-ci ildə MSK-nın əvəzedeci üzvü seçilib. Onun namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürmüşdü.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər