- 15 Mart 23:47
Gədəbəy və Tovuz rayonlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Gədəbəy rayonunun Maarif kəndi yaxınlığında dağlıq ərazidə 20 ha sahədə quru ot yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Tovuz rayonunun Qazıqulu kəndində ümumi sahəsi 150 m² olan köməkçi tikilinin taxta atmaları 75 m² sahədə və yaxınlıqda 0,5 ha sahədə kol-kos yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.