- 17:40
Bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolunun 55-ci kilometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi “DAF” markalı 90-OC-691 dövlət nömrə nişanlı irihəcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək, əraziyə şəxsi heyət və yanğınsöndürən cəlb olunub. Yük avtomobilində baş verən yanğın genişlənmədən qısa müddətdə söndürülüb.