Ağdam və Cəlilabadda yanğın oldu


  • 10:28

Ağdam və Cəlilabad rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Ağdam rayonunun Alıbəyli kəndində ümumi sahəsi 24 m² olan talvarın lambirdən ibarət tavanı və altında olan əşyalar yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Cəlilabad rayonunun Sabirabad kəndində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər