Qəbələdə beşmərtəbəli binada yanğın oldu - 9 nəfər təxliyə edildi


  • 09:29

Qəbələ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər