- 13 Mart 20:38
TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi, 2002-ci il təvəllüdlü Sevil Abdullazadə avtomobil qəzası nəticəsində vəfat edib.
Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.
"Sevil Abdullazadənin vaxtsız vəfatından kədərlənir, TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik!
Allah rəhmət eləsin, məkanı cənnət olsun!", - məlumatda qeyd olunub.