Şamaxıda ağır qəza: 2 nəfər öldü


  • 13 Mart 15:34

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

E-huquq.az xəbər verir ki, bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisində qeydə alınıb.

"Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.

Oxşar xəbərlər