- 21:01
Bərdədə yanğınla nəticələnən yol qəzası olub.
E-huquq.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, "Chevrolet" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.