Avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanıldı


  • 10:40

Xaçmazda avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan e-huquq.az-a verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər