Bakıda birmərtəbəli evdə yanğın oldu


  • 9 Mart 23:51

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər