- 18:25
İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub.
E-huquq.az xəbər verir ki, TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib.
1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, yaralı ailə başçısı Vasif Azadovdur.
Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
****
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
E-huquq.az xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.