Yevlaxda aşan minik avtomobilinin sürücüsü xəstəxanada öldü


  • 8 Mart 21:07

Yevlaxda dəmiryolu yaxınlığında aşan minik avtomobilinin sürücü xəstəxanada dünyasını dəyişib.

E-huquq.az xəbər verir ki, hadisə bir neçə həftə öncə Aran qəsəbəsi həndəvərindəki dəmiryolu keçidi yaxınlığında baş vermişdi.

İdarəetməni itirən minik avtomobilinin aşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri almışdı.

Onlardan Zeynalov Tural Zahid oğlu ağır kəllə-beyin travması almış, Paşayev Asif Elman oğlunun sağ qolu amputasiya olunmuş, onun həyat yoldaşı Paşayeva Gülşən Əli qızı ciddi yaralanmışdı və Zeynalova Züleyxa Hüseyin qızının sol qulağı qopub düşmüşdü.

Yaralıların dördü də Bərdə rayon sakinləridir.

Həkimlərin səylərinə baxmayaraq, xəstəxanada müalicə alan 1991-ci il təvəllüdlü sürücü Tural Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün o xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər