Sumqayıtda bir nəfərin 95 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanıldı


  • 8 Mart 12:00

Sumqayıt şəhəri ərazisində bir nəfərin 95 min manatını etibarından sui-istifadə etmək yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər