Nəsimi rayonunda avtoxuliqanlıq edən sürücü həbs edildi


  • 8 Mart 11:47

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü C.Adıgözəlov saxlanılıb.

DİN-dən e-huquq.az-a bildirilib ki, onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Oxşar xəbərlər