Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürüldü


  • 6 Mart 19:22

Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış binasında yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Oxşar xəbərlər