- 10:35
Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.
E-huquq.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı
- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu
- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu
- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl
- 2006-cı il təvəllüdlü Əsədova Türkan
- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət
***
Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
Bu barədə e-huquq.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.