- 21:03
Sumqayıt şəhəri, 15-ci məhəllədə yataqxana binasında yanğın baş verib.
E-huquq.az xəbər verir ki, məlumatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yayıb.
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər sakin təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan otaqda ev əşyaları 10 kv.m. sahədə yanıb. 1 nəfər tüstüdən zəhərlənib.
Yanğın baş vermiş otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.