Yasamalda yaşayış binasında yanğın oldu, 2 nəfər təxliyə edildi


  • 28 Fevral 18:19

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər