Bir evdə 6 nəfər dəm qazından zəhərləndi


  • 09:15

Biləsuvarda evdə dəm qazından kütləvi zəhərləniblər.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayeva, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər