Hacıqabulda yol qəzası olub, yaralanan var - VİDEO


  • 24 Fevral 09:48

Hacıqabulda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində Ucar rayonunun Yuxarı Silyan kənd sakini, 1990-cı il təvəllüdlü Nuriyev Hilal Atamoğlan oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil yolların buz bağlaması səbəbilə sürüşərək TIR-a çırpılıb.

Nəticədə “Ford Tranzit”in sürücüsü ağır yaralanıb. O, xəstəxanayaa yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.

Oxşar xəbərlər