Xaçmazda yanğın oldu


  • 22 Fevral 14:46

Xaçmaz rayonunun Ağarəhimoba kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 8 otaqlı evin bir otağında tüstü bacasının ətrafı (tavan və divar) 23 m² sahədə yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər