Bakıda evdə silah-sursat aşkarlandı


  • 11:32

Bakının Xəzər rayonu ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə e-huquq.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər