Abşeronda 8 avtomobildən və 6 evdən oğurluq edilib - VİDEO


  • 20 Fevral 17:16

Abşeron rayonunda bir gecədə 8 avtomobili və 6 evi talayan şəxsləri polis saxlayıb.

E-huquq.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu Ceyranbatan və ətraf qəsəbələrin ərazisində 8 avtomobildən akkumlyator, maqnitafon və digər dəyərli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Qüdrət Bayramov saxlanılıb. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə Saray qəsəbəsi ərazisində müxtəlif ünvanlarda yerləşən 6 evdən oğurluq edən 26 yaşlı Sadiq Hadılı və 32 yaşlı Məhəmməd Sadıqlı da saxlanılıblar.

Qeyd edilib ki, saxlanılan şəxslər avtomobil və ev sahiblərinə ümumilikdə 12 min manatdan artıq maddi ziyan vurublar.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər