Ağstafada ferma yandı


  • 16 Fevral 11:30

Ağstafa rayonunda ferma yanıb.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində sahibkar Zinayət Əzizova məxsus fermada baş verib.

Yanğın zamanı təxminən 4 mindən artıq artıq ev quşu tələf olub. Hadisə yerinə Ağstafa rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndərənləri cəlb olunub. Yanğın söndürülüb. Hadisənin hansı səbəbdən baş vermə səbəbləri araşdırılır.

Məlumat üçün bildirək ki, ferma 20 yanvar şəhidi Habil Əzizovun anasına məxsusdur.

Oxşar xəbərlər