- 11 Mart 12:41
Sumqayıtda 1984-cü il təvəllüdlü Cəmalə İmran qızı Quliyevanı öldürməkdə şübhəli bilinən həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılıb.
E-huquq.az xəbər verir ki, o, hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.