- 11 Mart 12:41
Türkiyənin İstanbul şəhərində məşhur ticarət mərkəzlərinin birində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Üsküdar səmtində yerləşən ticarət mərkəzində qəfil güclü yanğın başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürənlər və polis qrupları cəlb edilib və içəridəki insanlar təxliyyə edilib.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə qısa müddətdə söndürülüb.
Yanğının texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Şəbnəm Mehdizadə