- 11 Fevral 22:00
Tovuz rayonunda yaşayış evində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin bir otağının döşəməsi 4 m² sahədə və ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.