Samuxda hovuzda 1 nəfər batdı - YENİLƏNDİ


  • 9 Fevral 16:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

E-huquq.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

E-huquq.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər