Avtovağzal Kompleksinin qarşısında yol qəzası sıxlığa səbəb oldu - YENİLƏNDİ


  • 9 Fevral 15:37

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.

***

Bakıda nasaz avtomobil yolda qalıb, tıxac yaranıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Belə ki, Binəqədi rayomu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.

Oxşar xəbərlər