- 7 Fevral 19:12
Şəki şəhərində yaşayış evindən yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 660 m² (hər mərtəbəsi 330 m²) olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 3 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.