Ucarda məktəbli sinif yoldaşını bıçaqladı


  • 6 Fevral 11:57

Fevralın 4-də saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb: “Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər