- 08:45
Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az-ın məlumatına görə, metronun “Koroğlu” stansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2008-ci il təvəllüdlü Dəniz Mikayıllı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.