Rusiyalı idmançı insan oğurluğuna görə saxlanıldı


  • 31 Yanvar 23:44

Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həsən Asxabov Bali adasında saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Tribun-bali.com" məlumat yayıb.

Məlumatda bildirilir ki, A.Asxabov insan oğurluğunda və transmilli cinayət təşkilatında iştirakda şübhəli bilinir. Asxabov fiziki güc tətbiq etməklə Ukrayna vətəndaşını oğurlamaqda şübhəli bilinib.

Asxabov yanvarın 30-da Dubaya uçmaq üçün gəldiyi hava limanında həbs edilib.

Oxşar xəbərlər