Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi


  • 29 Yanvar 17:14

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

E-huquq.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər