Sosial şəbəkədə şantajla 20 min manata yaxın pul tələb edən şəxs həbs edildi


  • 27 Yanvar 10:42

Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 min 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsini aşkar edərək maddi sübut kimi götürüb.

Faktla bağlı cinayət işi başlanılıb, B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

  • 28 Yanvar 10:08
Ucarda ev yandı