Bakıda gənc oğlan bıçaqlandı


  • 20 Oktyabr 22:19

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

E-huquq.az xəbər verir ki, hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb.

Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

Oxşar xəbərlər