Şabranda kanalda qadın meyiti aşkarlanıb


  • 19 Oktyabr 21:47

Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

E-huquq.az xəbər verir ki, kanalın dəmir barmaqlıqlarına ilişən cəsədi suyun səviyyəsi yüksək olduğu üçün hələ ki, sudan çıxartmaq mümkün olmayıb. Əraziyə FHN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyitin şəxsiyyəti məlum deyil.

Hazırda fakt araşdırılır.

Oxşar xəbərlər