Bakıda mənzildən 35 min manat və qızıl oğurlanıb


  • 19 Oktyabr 11:35

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 000 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

E-huquq.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.

Oxşar xəbərlər