Xətai rayonunda torpaq sürüşməsi olub


  • 17 Oktyabr 13:33

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

E-huquq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Oxşar xəbərlər