Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi


  • 2 Oktyabr 21:16

Bu gün saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyadanı vurub.

E-huquq.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Piyada 1954-cü il təvəllüdlü Xalid Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər