Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlandı


  • 2 Oktyabr 18:04

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.

E-huquq.az xəbər verir ki, onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər