Azərbaycanda toy karvanı qəzaya düşdü, 5 nəfər öldü - YENİLƏNİB


  • 24 Sentyabr 17:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

E-huquq.az FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə "ВАЗ" markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunda e-huquq.az-a bildirilib ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

Araşdırma aparılır.

Məlumata görə, ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Oxşar xəbərlər

  • 23 Sentyabr 11:52
Xocasəndə yanğın olub